Hava şirkətlərinə 1 milyard 700 milyon dolar ziyan dəyib

Vulkana görə Avropada hava məkanlarının bağlanması hava şirkətlərinə azı 1 milyard 700 milyon dollar ziyan vurub.

Bunu bu gün Beynəlxalq hava nəqliyyatı assosiasiyasının rəhbəri Covanni Bisinani bildirib.

Onun sözlərinə görə bu 2011-ci il 11 sentyabr terror hadisələrindən sonra dəymiş ziyandan çoxdur.

Bu gün bir çox Avropa ölkələrində uçuşlara qoyulmuş qadağa tam və ya qismən götürülüb.

İslandiyada vulkan pusgürməsinə görə ötən cümə axşamından bu yana 95 mindən çox təyyarə reysi təxirə sdalınıb.

Hələ də hava limanlarında mənzil başına çatmayan minlərlə sərnişin var.