Bakıda yeni 100 dolların təqdimatı keçirilib

Yeni 100 ABŞ dolları

Aprelin 22-də Bakıda yeni 100 ABŞ dollarının təqdimatı keçirildi. ABŞ-ın Azərbaycandakı səfirliyinin keçirdiyi mərasimdə bildirildi ki, saxtakırlığın qarşısının alınmasında ən müasir texnologiya ilə hazırlanmış yeni əskinasda 2 yeni təhlükəsizlik elementi var.

Bunlar üçqat təhlükəsizlik zolağı və mürəkkəb qabında zəng işarəsidir. Hər iki element işığa tutmadan da – adi gözlə də görünür.

Əskinası gözə yaxınlaşdırıb-uzaqlaşdırdıqda mavi zolağın üzərindəki zəng işarəsi və 100 rəqəmi yerlərini dəyişir. Mürəkkəb qabının isə rəngi dəyişir.

Bununla belə, yeni əskinaslarda əvvəlkindəki kimi su nişanı - prezident Benjamin Franklinin portreti, xüsusi müdafiə teli və rəngini dəyişən «100» rəqəmi saxlanılıb.

Bu əskinas 2011-ci il fevralın 10-dan dövriyyəyə buraxılacaq. Ancaq bu Amerika valyutasından istifadə edənlərin yeni əskinaslar çıxandan sonra köhnələri dəyişdirmələrinin vacib olması kimi başa düşülməməlidir. Yəni, köhnə əskinas da yenisi ilə eyni hüquqa malik olacaq.