Ukrayna GUAM-dan çıxmayacaq

“Ukrayna GUAM-dan çıxmayacaq, çünki bu qurum çox faydalı təşkilatdır”.

Bunu Ukraynanın Azərbaycandakı keçmiş səfiri Boris Klimçuk deyib.

Səfir Ukraynada hakimiyyətin dəyişməsi ilə bağlı bu ölkənin GUAM-dan çıxa bilməsi ilə bağlı suala cavab verərkən belə deyib.

Klimçuk bu təşkilatın xüsusilə iqtisadi cəhətdən faydalı olduğunu vurğulayıb.