Yuşşenko Rusiya ilə razılaşmanı təslimçilik adlandırıb

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Rusiyadan alınan qazın qiymətinin azaldılması müqabilində Krımdakı Rusiya donanmasının müddətinin uzadılmasını təslimçilik kimi qiymətləndirib.

Viktor Yuşşenko bunu “5-ci kanal”a müsahibəsindəbildirib ki , ucuz qaz əvəzinə tərəzinin digər gözünə bütün millətlər üçün müqəddəs olan suverenlik və müstəqillik qoyulur və bu cür mübadilə ona aydın deyil.

Sabiq dövlət başçısının fikrincə, təhlükəsizlik məsələsi heç vaxt iqtisadi məqsədəuyğunluqla bir tutula bilməz.

O qeyd edib ki, saman yandırıb qızınmalı olsaq da, müstəqilliyimizi qorumalıyıq, bunun müqəddəs olduğunu anlamaq lazımdır.

/APA/