Qadağan edilmiş sirk bərpa edildi

Türkmənistanda on il əvvəl qadağan edilmiş sirk bu gün fəaliyyətini bərpa edib.

Ölkənin keçmiş diktatoru Saparmuyrad Niyazov türkmən mədniyyətinə yaddır deyərək 2001-ci ildə sirki Türkmənistanda qadağan etmişdi.

2006-cı ildə onun ölümündən sonra hakimiyyət başına gəlmiş yeni prezident Qurbanqulu Berdumuhamedov Niyazovun qadağan etdiyi opera, balet, sirk kimi mədəniyyət sahələrinə qadağaları aradan qaldırdı.

Aprelin 23-də paytaxt Aşxabadda Türkiyədən də srik ustalarının iştirak etdiyi sirki prezident Bedımuhamedov özü də izləyib. Sirkdə Polşadan gətririlmiş fillər, Ruməıniyadan gətirlmiş dəvələr və Ukrayndan gətirilmiş timsahlar nümayiş etdirilib.