"Azadlıq" bloku mitinqi yox, piket keçirməyə qərar verdi

Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının daxil olduğu «Azadlıq» bloku aprelin 25-nə təyin etdiyi mitinqi təxirə salıb.


Bu haqda Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov AzadlıqRadiosuna müsahibəsində bildirib: «Bizim mitinqlə bağlı müraciətimizə Bakı Şəhər İcra Hakimiyyəti hələ ki, cavab verməyib. Belə qeyri-müəyyən vəziyyətə görə qərara gəldik ki, hələlik mitinq yox, piket keçirək».

Blokun Mitinq Komitəsinin qərarına görə, piket aprelin 26-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirəcək.