Yunanıstan yardım gözləyir

Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankı bu gün Vaşinqtonda Yunanıstana maliyyə yaqrdımı məsələsini müzakirə etməlidirlər.

Yunanıstan hazırda Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan mayın 19-a kimi ilk yardım paketi gözləyir.

Ümumi məbləğ isə 45 milyard avrodur.

Beynəlxalq Valyuta fondu dövlət xərcələrinin azaldılması da daxil olmaqla Yunanıstanı iqtisadi islahatlar aparmağa çağırmaq fikrindədir.