İraqdakı partlayışlarda azı 69 adam ölüb

İraqın şiə məhəllələrində törədilmiş dünənki partlayışlarda azı 69 adam ölüb, 100-dən çox adam isə yaralanıb.

Partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Hakim dairələr bunun bu yaxınlarda Əl Qaidənin 3 liderinin öldürülməsi ilə bağlı olduğunu deyir.

İraqın baş naziri Nuri əl Maliki deyib ki, yaraqlılar bununla müqavimətin qırılmadğını göstərmək istəyirlər.