Qırğızıstanda cinayətləri araşdırmaq üçün komissiya yaradılıb

Qırğızıstandakı müvəqqəti hökumət ölkədə qayda-qanun və təhlükəsizliyi təmin etmək üçün komissiya yaradıb.

Yeni qurum bu yaxınlarda ölkədə baş vermiş iğtişaşlarda insanların ölümündə əli olanların axtarışı, qarətçilik və milli zəmndə mümkün ədavətlərin qarşısını almaqla məşğul olacaq.

Bundan başqa devrilmiş prezident kurmanbek Bakiyevin tərəfdarlarının qanunsuz əməllərinin qarşısını almaq üçün əməıliyyat hazırlandığı bildirilir.

Komissiyaya müvəqqəti hökumətin sədr müavini Almazbek Atanbayev rəhbərlik edir.