Bakıda boks üzrə dünya çempionatı başlayıb

Bakıda gənclər arasında boks üzrə dünya çempionatı başlayıb.

Çempionatda 96 ölkədən 500 idmançı iştirak edir.

Yarışda boksçular 11 çəki dərəcəsində mübarizə aparacaq.

Dünya birinciliyində Azərbaycanı 11 idmançı təmsil edir.

Qeyd edək ki, bu çempionat 2010-cu ildə gənclər arasında Sinqapurda keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün yeganə lisenziyalı turnirdir.