130 müəllifdən 150-dən çox hekayə! Azadlıq Radiosunun “Oxu zalı” səhifəsində keçirilən “Ədəbi Azadlıq” qısa hekayələr müsabiqəsi qələm sahibləri arasında böyük maraqla qarşılanıb.
Martın 25-dən aprelin 25-ə qədər davam edən əsərlərin qəbulu mərhələsi artıq arxada qaldı.
Bir ay ərzində müsabiqəyə əsərlərini yollayanlar arasında tanınmış yazarlar da var, tələbələr, 6-cı sinif şagirdi də. Müsabiqəyə İran, Dubay, Rusiya, ABŞ, Avropa ölkələrində işləyən, oxuyan azərbaycanlılar, eləcə də Azərbaycanın rayonlarından qatılanlar var.
Müsabiqənin şərtlərindən biri də hekayələrin 7 min işarədən artıq olmaması idi. Bəzi əsərlərin həcmi limiti bir qədər aşdığı üçün həmin müəlliflərin əsərlərini geri qaytarmamaq qərarına gəldik. Amma belə güzətş yalnız müsabiqəyə bir hekayə ilə qatılanlara edilib.
İndi söz Münsiflər Heyətinindir. Bizə etimad göstərib əsərlərini göndərənləri əmin edirik ki, Münsiflər Heyətinin üzvlərini diqqətlə seçmişik. Münsiflər Heyətinin tərkibi balanslıdır, ədəbi dairələrdəki bütün mövqelərin ifadəçisi sayıla bilər.
Münsiflər Heyəti üzvlərinin adları müsabiqə başa çatarkən açıqlanacaq.
Əvvəl elan etdiyimizdən fərqli olaraq Münsiflər Heyəti Azadlıq Radiosunun Ədəbiyyat səhifəsi üçün çalışan əməkdaşlarından yox, ədəbiyyatşünas və yazıçılardan ibarət olacaq.
Maksimum obyektivlik üçün hekayələr onlara müəllif qeyd edilmədən veriləcək.
Onların müsabiqəyə daxil olmuş hekayələr arasından seçdiyi və ən yaxşı hesab etdiyi 10 əsər mayın 10-da Azadlıqradiosi.az saytının “Oxu zalı” bölümünə yerləşdiriləcək, səsvermə üçün oxucuların ixtiyarına veriləcək.
Səsvermə 2 həftə davam edəcək (mayın 23-də başa çatacaq) və Münsiflər Heyəti qalibləri müəyyən edərkən səsvermənin də nəticələrini nəzərə ala bilərlər.
İyunun 10-da Bakıda keçiriləcək təqdimat mərasimində qaliblər elan ediəcək.
1-ci yer üçün mükafat - noutbuk, 2-ci və 3-cü yerlər üçün – hədiyyələr və Azadlıq Radiosunun suvenirləri.
Hamıya uğurlar!