Azərbaycan–İtaliya biznes forumu keçiriləcək

Aprelin 26-da Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. Forumda Azərbaycandan və İtaliyadan olan iş adamları iştirak edəcək.

Forumda iştirak edəcək İtaliya nümayəndə heyətinin tərkibinə əsasən neft sektorunu əhatə edən 15 şirkət və firmadan olan iş adamları daxildirlər.

İtaliya nümayəndə heyətinə İtaliya iqtisadi inkişaf nazirinin müavini Adolfo Urso başçılıq edir.