Qırğızıstanın keçmiş daxili işlər naziri həbs edilib

Rusiya Federal Təhlükəsizlik Bürosu Qırğızıstanın keçmiş daxili işlər naziri Moldomus Konqantiyevi həbs edib Qırğızıstanın yeni rəhbərliyinə təhvil verib. Müvəqqəti hökumət rəhbərinin müavini Almazbek Atambayev keçmiş nazirin təcridxanada olduğunu təsdiqləyib.

Keçmiş nazir aprelin 7-də baş verən iğtişaşlar zamanı xəstəxanaya yerləşdirilmişdi, o vaxtdan ondan xəbər yox idi.