VƏ YA SOVET LİDERLƏRİ NECƏ YAŞAYIRDILAR?
Çox sadə! Biz belə bilirdik. Bizə onları belə tanıdırdılar.
O məşhur hekayəni xatırlayanınız varmı? Sovet hakimiyyətinin ilk illərində Azərbaycan uşaqlarının V.İ.Leninə göndərdikləri bir xurcun Quba almasını? Vladimir İliç alma üçün minnətdarlığını bildirir, amma almanı özü yemir, uşaq evinə göndərirdi. Ölkə aclıq keçirirdi, axı…Uşaqların liderdən daha çox almaya ehtiyacı vardı!
Bax belə! Təbii ki, böyüdükcə, yaşımız artdıqca, rejimin iç üzünü duyub hiss etdikcə, hər şeyə başqa nəzərlə baxmağa başladıq. Amma, inanın ki, yenə də rejimin çöküşündən sonra açılan həqiqətlər sarsıdıcıydı!
Bu sarsıntını ən son Etibar Babayevin «Yalana heykəl» kitabını oxuyarkən duydum. Kitabda Azərbaycanı işğal etmiş X1 Ordunun başında duran, neçə il burada sahiblik edən, daha sonra Leninqrad Vilayət Komitəsinin katibi olmuş bir şəxsin həm yaşam və ölüm tarixi, həm də yaşadığı komfortlu həyat təsvir edilir.
KİROV BENUA QARDAŞLARININ EVİNDƏ YAŞAYIRDI
İnqilabdan əvvəl bu binada zadəganlar, sahibkarlar, tacirlər, çar məmurları, generallar yaşayırmış. Hamısını qovub-qaçırandan sonra bina bolşeviklərə qalır…Kirov 1926-cı ildən bu binada yaşamağa başlayır. Bina memarlıq abidəsidir. Şəklini görmüşəm. Çox gözəldir. Kirov 5 otaqlı mənzilə sahiblənibmiş .
BİNANIN ELEKTRİK TƏMİNATI VARMIŞ
Özü də müstəqil! Birinci mərtəbədə ticarət obyektləri, camaşırxana (!), müxtəlif xidmət sahələri və s. yerləşirmiş. Fayton və avtomobillər üçün dayanacaqlar, həyətdə mərkəzi isitmə sistemi, zibilyandıran xüsusi sobalar sakinlərin xidmətindəymiş. Kirov arvadı Mariya Markusla ölənə qədər (1934) bu geniş mənzildə yaşayıb. İndi o mənzil muzeydir.
BU MƏNZİLDƏ STALİN QONAQ OLUB
Özü də, dəfələrlə. Kuybışev, Orconikidze, Mikoyan və b. sovet liderləri də həmçinin. Evdə vaxtilə çar Nikolayın Fransadan gətirdiyi iki aşpaz yemək bişirirmiş. Təmizlikçilər də öz yerində. Müəllifin təsvirinə görə, Kirovun iş otağnda yerə əldə toxunmuş gözəl Şərq xalısı salınıb. Etibar Babayev bunun Azərbaycandan getdiyini ehtimal edir. Digər yanda ağ ayı dərisi…deyirsiniz, bunu da o özü ovlayıb? Yox, bu hədiyyədir. Şimal qütbündən gəlib. Amma bax, yazı masasının altına sərilən tülkü dərisini o özü ovlaya bilər…Evdə zəngin kitabxana var. Müəllif güman edir ki, köhnə sahibdən qalıb. Çünki çoxunun qatı açılmayıb.
HİTLERİN «MANY KAMF»I DA BURDADIR!
Çar Nikolayın yazışmaları da. Təsəvvür edin, başqa birisi o zaman bu kitabları evində saxlaya bilərdimi? İri qlobus, alman radioqəbuledicisi, «Radist» markalı radiola, patefon, ovda vurulan quşların müqəvvası, akvariumdakı qızıl balıq, samovar…
EVDƏ SOYUDUCU?!
Təsəvvür edirsinizmi, 30-cu illərdə, aclıq, kart sistemi, sürgünlər, təqiblər və Amerikadan gətirilmiş son model soyuducu! Deyilənə görə, bu soyuducunu Kirovun həyat yoldaşı ilk dəfə Mikoyanın evində görüb. Xanım Aşxenin qürurla Mariya Markusa göstərdiyi bu yeni ixtira o qədər bəyənilib ki, tezliklə onlar üçün də «General-Elektrik» firmasından soyuducu sifariş edilib. Bu soyuducunun qiyməti «Ford» avtomobilindən baha imiş…
SOYUDUCU VARSA, YAXŞI YEMƏKLƏR DƏ OLAR!
Qida məhsulları əsasən Fransadan gətirilərmiş. Nomenklatur işçilərə xidmət edən xüsusi mağazadan ay ərzində bu yeyəcəklər alınırdı: Balıq-8 kq, kolbasa-4 kq, balıq kürüsü 1 kq, kərə yağı—1,5 kq. Adi Leninqradlı isə, hətta ən yüksək kateqoriyalı kartla bir ayda 1 kq. ağ un, 5 yumurta, 200 qram kərə yağı ala bilirdi…
KİROV MAHİR OVÇU İMİŞ
Müəllifin yazdığına görə, Azərbaycanda dəqiq bilməsə də, ancaq Leninqrad meşələrində Mironıç (qısa müraciət forması) ov etməyi xoşlayırmış. Onun ev muzeyində ov alətləri hələ də nümayiş olunur. Evə əliboş dönməz, ovladığının ətini yeyib, dərisindən müqəvva düzəldərmiş.
OVUNA QADINLAR DA DÜŞƏRMİŞ!
Kirovun eşq macəralarından danışanda Matilda Kşesinskayanın adını birinci çəkirlər. Bu füsunkar xanım dünya baletinin primadonnalarından sayılırdı. O, çar Nikolayın da ağlını başından alıb. Bir ara İmperator hətta onunla evlənmək fikrinə də düşüb. Sevgilisinə Sankt-Peterburqun mərkəzində malikanə də ucaldıb. İnqilabdan sonra Mironıç elə bu malikanəyə xanım Matildanın görüşünə gedərmiş. Ölümündən sonra açılan mənzil muzeyi də ilk dəfə bu malikanədə yaradılıb. Sonralar öz evinə köçürülür.
Kirov Leninqrad Opera və Balet Teatrına tez-tez gedərmiş. Həm tamaşaya baxar, həm də ulduzları seyr edərmiş. A.Vaqanova, T.Veçeslova, N.Dudinskaya partiya liderinin sevdiyi xanımlardan olub. Daha biri—adı son çəkilən xanım gimnazist Milda Drauledir. Xanım Milda evliydi. Kirovu 1934-cü ildə qətlə yetirənin də onun əri Leonid Nikolayev olduğu deyilir. Bu hadisədən sonra xanım Mildanın həm özü, həm də yaxın qohumları güllələnir. Xanım Matilda daha ağıllı tərpənir. Parisə gedə bilir, 1971-ci ildə orada dünyasını dəyişir.
RƏHBƏR NADİR YATACAQDA YATIRMIŞ
İndi muzeydə saxlanan nadir ağac növündən hazırlanan yataq dəstində illərlə yatmaq Kirova qismət olmadı. 1934-cü ilin payızında həyat yoldaşının bəyənib aldığı bu mebel dəsti Mironıça düşmədi. Dekabrın 1-də onu Smolnıda - iş yerində güllələdilər. 70 ildən sonra Muzeydə saxlanan alt paltarının bioloji ekspertizası göstərdi ki, ölümündən əvvəl «alovlu bolşevik» məşuqəsi ilə əlaqədə olub...
GÖYDƏN...BİR XURCUN ALMA!
Vəssalam! 90 il öncə ayaqyalın, başıaçıq, bit-sirkənin içində, ac-yalavac Bakıya soxulub milli hökuməti devirən ordunun başçılarından birinin 14 illik lüks həyatından soraq aldınız.
Göydən ...bir xurcun Quba alması düşdü. O kimə çatdı, kim qazandı-kim yedi, onu sizin öhdənizə buraxıram...