İran müxalifəti yenidən etirazlara başlayır

İran müxalifəti yenidən tərəfdarlarını prezident Mahmud Əhmədinejat hökumətinə qarşı etiraz mitinqlərinə çağırıb. Son prezident seçkilərində Əhmədinejatla mübarizə aparan namizədlər Mir-Hüseyn Musəvi Mehdi Kərrubinin müraciətləri internet saytlarında yayılıb.

Hər iki namizəd son seçkinin nəticələrinin saxtalaşdırıldığını və Əhmədienjatın prezidentliyini tanımadığını bildiriblər.