Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşündən sonra bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycanın həyata keçirdikləri enerji və nəqliyyat layihələri güclü iqtisadiyyata və energetikaya malik zonaya çevrilməsi tələb olunan regionda təhlükəsizliyi və əməkdaşlıq mühitini möhkəmləndirir.
Azərtacın xəbərinə görə, birgə layihələr dedikdə Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurun qaz magistralını və Bakı-Tbilisi-Qars dəmir yolunu nəzərdə tutan nazir vurğulamışdır ki, Türkiyə, Gürcüstan və Azərbaycan regionda birgə enerji layihələrinin dəstəklənməsi və reallaşdırılması işini davam etdirəcəklər.