Türkiyə və Azərbaycan qaz sazişini razılaşdırıblar. CNN Türk televiziyası və İnterfaxın məlumatına görə, Türkiyə və Azərbaycan rəsmiləri aprelin 26-da iki ölkə arasındakı qaz alqı-satqısı szişini imzalayıblar. Türkiyənin enerji naziri Taner Yıldız deyib ki, o və başqa rəsmiləri Ankarada Azərbaycanlı həmkarları ilə görüşüblər.
Yıldız bildirib ki, görüşdə Azərbaycanın satacaqğı qazın qiymətləri razılaşdırılsa da, tranzit qiymətləri razılaşdırılmayıb.
Azərbaycan və Türkiyə arasındakı razılaşma Nabukko layihəsinin gələcəyi üçün də önəm kəsb eləyir. Ildə 31 milyard kubmetr qazı Türkiyə vasitəsilə Avropaya nəql etməyi nəzərdə tutan bu layihənin hələ ki hansı ölkənin qazını ixrac edəcəyi dəqiqləşməyib.