«Freedom House»: Azərbaycan yenidən qonşularından geri qalır

Azərbaycan «mətbuat azadlığı indeksinə» görə yenidən qonşularından geri qalır. «Freedom House» təşkilatının «Mətbuat azadlığı-2010» hesabatına görə Azərbaycan 196 ölkə arasında 79-cudur. Baxmayaraq ki, qonşuları daha irəlidə - Gürcüstan 59, Ermənistan 66-cı yerlərdədirlər.

«Freedom House» qeyd edir ki, ötən il dünyanın əksər regionlarında mətbuat azadlığı sahəsində geriləmə olub. Bu geriləmə 8 ildir ardıcıl olaraq davam edir. Mətbuat müstəqilliyi haqqında qlobal araşdırmaya görə hər altı nəfərdən biri mətbuat azadlığı olan ölkədə yaşayır.

Hesabata görə keçmiş Sovet İttifaqı ölkələrində mətbuat boğulur, Rusiya mətbuat üçün təhlükəli ölkələrdən biri olaraq qalmaqdadır. Qırğızıstanda da göstəricilər düşməkdə davam edib.

Ukrayna, Ermənistan və Moldovada bu sahədə irəliləyiş qeydə alınıb.

İran prezident seçkiləri ərəfəsində jurnalistlərin həbsi, mətbuatın vəziyyətinə görə regionun ən çox geriləmiş ölkəsi hesab olunur.

«Freedom House»un hesabatına görə Azərbaycan mətbuat azadlığı indeksinə görə Tacikistanla Rusiya arasında dayanıb.