Arxanqels şəhərini su basıb

Rusiyanın Arxangels şəhərində 273 evi su basıb.

Bu son 10 il ərzində şəhərdə baş vermiş ən güclü daşqındır.

Yerli hakimiyyətin məlumatına görə təbii fəlakət zonasında 3 minə yaxın adam var.

Daşqına səbəb buzların əriməsi və cayın məcrasından çıxması olub.

Şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.