Berlin hələ də Afinadan bir sıra şərtlər tələb edir

Yunanıstana yardım paketində ən çox payı olan Almaniya planın həyata keçirilməsi üçün hələ də Afinadan bir sıra öhtəliklərin yerinə yetirməsini təkid edir.

Kansler Angela Merkel deyib ki, Almaniya bütün şərtlər yerinə yetirildikdən sonra kömək edəcək.

O qeyd edib ki, hazırda Afina, Avropa Komissiyası və Mərkəzi Bank arasında danışıqlar gedir və biz bir neçə gündən sonra nəticə gözləyirik.

Məhz onda Almaniya lazımi, qanuni prosedura başlayacaq və təkrar edim ki, hər şey məhz bu qaydada getməlidir-deyə kansler vurğulayıb.

oyurYunanıstanda yaranmış borc böhranı avrozonanın sabitliyini ciddi təhlükə altında qoyub.