Putin Qazpromla Naftoqazın birləşməsini təklif edir

Rusiyanın Baş naziri Vladimir Putin ölkəsinin qaz nəhəngi Qazprom şirkəti ilə Ukraynaın dövlət qqz şirkəti Naftoqaz-ın birləşməsini təklif edib. Putin bu barədə təklifini aprelin 30-da ukraynalı həmkarı Mıkola Azarovla Soçidə görüşündə səsləndirib.

Putin həmçinin əlavə edib ki, Rusiyanın dövlət bankı VTB Ukraynaya 500 milyon dollar borc verə bilər.

Bu ayın əvvəlində Kiyevlə Moskva Rusiyanın hərbi dəniz donanmasının Ukrayna ərazisində qalma müddətinin uzadılması barədə razılıq əldə ediblər. Rusiya bunun da əvəzində Ukraynaya satdığı qazın qiymətini 30 faiz ucuzlaşdırır.