Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq davam edir

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıqla bağlı iş planı davam edir.

Plana uyğun olaraq mayın 3-dən 7-dək Bakıda «Tabor və briqada səviyyəsində əməliyyat zabitlərinin vəzifələri» mövzusunda birgə seminar keçirəcək.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, eyni zamanda, mayın 5-dən dekabrın 12-dək ABŞ-ın San-Antonio şəhərində patrul katerinin idarə edilməsi ilə bağlı kurslar, mayın 5-dən

2011-ci il yanvarın 25-dək isə «Hava əməliyyatları zabiti» mövzusunda kurs keçiriləcək.

Xatırladaq ki, Azərbaycan tərəfi iş planına uyğun olaraq bu ilin mayında Bakıda keçirilməli olan birgə hərbi təlimlərdən imtina edib.