ABŞ Pakistana Talibanla vuruşuğu üçün 650 milyon dollar ödəyir

ABŞ Pakistana ötən il Talibana qarşı apardığı əməliyyatlara görə 656 milyon dollar ödəyibb. ABŞ-ın Pakistandakı səfirliyi bildirib ki, ayrılan vəsait Pakistan ordusunun xərclərini qarşılamaq məqsədi daşıyıb və terrorla mübarizə proqramına əsasən ödənilib.

Pakistan, ABŞ-ın Əfqanıstandakı qüvvələrinə dəstək vermək və Əl-Qaidəylə bağlı qüvvələri zərərsizləşdirmək üçün ötən ildən bəri çox geniş əməliyyatlar keçirir.