ADNA müttəhimlərinin məhkəməsidir

Mayın 5-i Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qətliamda günahlandırılanların məhkəməsi davam edəcək, şahidlər ifadə verəcək. Dünən təqsirləndirilən 4 nəfərdən 3-ü məhkəmədə çəkiliş olmadan ifadə verməkdə imtina ediblər.

Ötən il aprelin 30-da maskalı və silahlı bir şəxs Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb.

Bu şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu müəyyənləşib.