Oktyabrda Bosniya-Hersoqovinada seçkilər keçiriləcək

Bosniya Hersoqovinada növbəti seçkilər oktyabrın 3-də keçiriləcək.

Müharibə illərindən sonra sayca 6-cı olan bu seçkilərdə 3 milyondan artıq seçici iştirak edəcək.

Seçkilərdə birgə icra və hakimiyyət orqanlarının tərkibi, habelə Serb Respublikası və Bosniya-Hersoqovina parlamentlərinə deputatlar seçiləcək.