Britaniyada dünən keçirilmiş parlament seçkilərinin qalibi müxalifətçi Mühafizəkarlar Partiyasıdır. Hazırda seçkilərinin nəticələri hesablanır. Artıq parlamentdəki 650 mandatdan üçdə ikisinin sahibi bəlli olub. Bu anadək Mühafizəkarların 224, hakim Leyboristlərin 168, Liberal Demokratların isə 36 yer qazandığı təsdiqlənib.
Exit-poll yerlərin çoxunun mühafizəkarların qazandığını, lakin bu çoxluğun mütləq çoxluq təşkil etmədiyini göstərir. Bu o deməkdir ki, 1974-cü ildən bu yana ilk dəfə heç bir partiya Britaniya parlamentinə tam nəzarət edə bilməyəcək. Bu, həmçinin leyboristlərin 13 illik hakimiyyətinin sonu deməkdir.