Mottaki TŞ-a üzv dövlətlərin BMT-dəki nümayəndələri ilə görüşüb

BMT-nin Tehrana qarşı tətbiq edə biləcəyi mümkün yeni sanksiyalar ərəfəsində İranın xarici işlər naziri Təhlükəsizlik Şurasına üzv dövlətlərin BMT-dəki nümayəndələri ilə görüşüb.

ABŞ, Britaniya və Fransanın səfirləri görüşdən imtina edərək, daha aşağı rütbəli diplomatlarla təmsil olunublar. Mənuçöhr Mottakinin verdiyi nahar yeməyində Vaşinqtonu səfirin müavini Aleyandro Volf təmsil edib.