Kürdlər Malikinin namizədini dəstəkləyəcək

İraq kürdlərinin yüksək vəzifəli nümayəndəsi bəyan edib ki, kürdlər hazırkı baş nazir Nuri əl-Malikinin rəhbəri olduğu Şiə koalisiyasının baş nazir postuna irəli sürəcəyi namizədi dəstəkləyəcəklər. Baş nazirin müavini, Kürd koalisiyasının aparıcı üzvü Roz Navri Çavis həmçinin Şiə koalisiyası ilə ciddi dialoqa başlayacaqlarını bildirib.

Çərşənbə axşamı əl-Malikinin Şiə koalisiyası və İrana yaxınlığı ilə seçilən İraq Milli Alyansı koalisyon hökumət təşkil edəcəklərini bəyan etmişdilər. Martın 7-də keçirilmiş parlament seçkilərində Sünni koalisiyası qalib gəlsə də, parlamentdə çoxluğu qazana bilməmişdi.