Böyük Yeddiliyin maliyyə nazirləri görüşür

Bu gün Böyük Yeddiliyin maliyyə nazirlərinin görüşü gözlənilir. Görüşdə dərin maliyyə böhranı içində olan Yunanıstanı müflis olmaqdan xilas etməyin yolları müzakirə olunacaq.

Ötən həftə Beynəlxalq Valyuta Fondu Afinaya 30, Avropa Birliyi isə 80 milyard dollar məbləğində borc verməyi öhdəsinə götürüb.