Britaniyanın baş nazirini seçkidə üçüncü olan Liberal Demokrat partiyası müəyyən edəcək

650 nəfərlik Britaniya parlamentində yerlərin 637-nin sahibi məlumdur. Mayın 6-da Britaniyada keçirimiş seçkinin ilkin nəticələrinə görə müxalifətdə olan Mühafizəkarlar Partiyası 301, hakim Leyboristlər 255, Liberal Demokratlar isə 54 səs alıblar.

Bununla da rəqib partiyalardan heç biri parlamentdə mütləq çoxluğa sahib ola bilmir.

1974-cü ildən bu yana ilk dəfədir ki, Britaniyada bir partiyanın qalib gəlməsi mümkün olmur.

Mühafizəkarların lideri David Kameron bu gün bildirib ki, o, Liberal Demokratlarla koalisiya hökuməti qurulması üçün danışıqlara hazırlaşır.

Partiyası seçkidə ikinci olmuş Baş nazir Qordon Braun bildirib ki, əgər mühafizəkarların liberallarla danışıqlarından nəticə əldə edilməsə, o da koalisiya danışıqları üçün liberallara müraciət edəcək.