Türkiyə ilə Rusiya arasında viza rejimi ləğv oluna bilər

Türkiyə ilə Rusiya arasında viza rejimi ləğv oluna bilər.

Məlumatlara görə Rusiya prezidenti Dmitri Medvedevin mayın 11-12-də Ankaraya səfəri zamanı tərəflər arasında belə bir razılaşma imzalana bilər.

Rusiya mətbuatının yazdığına görə viza rejiminin ləğvi əsasən turistlərə aid olacaq.

Səfər zamanı həmçinin iki ölkə arasında 10-dan çox sənəd imzalanacağı gözlənilir.

/ANS/