Sabirabadda köçürülmüş kəndlərin adları açıqlanıb

Sabirabadda daşqına görə əhalisi köçürülmüş kəndlərinin siyahısı açıqlanıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırovun məlumatına görə, Kürün Şirvan şəhərinin Bayramlı qəsəbəsindəki bəndi yarması nəticəsində su basmış Dadaşbəyli və Qaragüney kəndlərinin, eyni zamanda su basma təhlükəsi ilə üzləşən daha yeddi kənd - Azadkənd, Polad Toğayı, Bala Həşimxanlı,

Sarxanbəyli, Ələmbəyli, Çöl Ağammədli və Hacıbəbir kəndlərindən əhali çıxarılıb və bu kəndlər polisin nəzarətinə verilib.

Hazırda çayın Bayramlı qəsəbəsindən keçən hissəsində dağılmış bəndin bərpası gedir.