İsrail-Fələstin danışıqları bərpa olunub

İsraillə Fələstin muxtar əraziləri arasında sülh danışıqları başlanıb.

Danışıqlara Birləşmiş Ştatlar vasitəçilik edir.

Bu barədə bu gün jurnalistlərə Fələstin nümayəndə heyətinin rəhbəri Saeb Erekat məlumat verib.

İsrailin baş naziri Benyamin Netenyahu bu gün hökumət iclasında bildirib ki, mümkün qədər tez sülh razılaşmasına aparacaq birbaşa danışıqlara keçmək lazımdır.

İsrailin Şərqi Qüdsdə yeni evlər tikmək planı xeyli vaxt idi ki, sülh danışıqlarını əngəlləmişdi.