İsrail İkinci Dünya Müharibəsində faşist Almaniyasının məğlub edilməsində böyük rolu olmuş Sovet Qızıl Ordusunun şərəfinə abidə ucaldacaq. İsrailin baş naziri Benyamin Netanyahu bu haqda Qələbə Gününün 65-ci ildönümünə təsadüf edən hökumət iclasında məlumat verib.
Abidənin ucaldılması üçün qərar İsrail və Rusiya baş nazirlərinin fevral ayında Moskvada keçirdikləri görüş zamanı verilib.