Seçkilərdə uduzan Britaniya baş naziri istefa verir

Britaniya Baş naziri Qordon Braun Leyboristlər Partiyasının- Fəhlə Partiyasının sədrliyindən istefa verəcəyini bildirib. Braun deyib ki, sentyabr ayındakı partiya qurultayında xələfinin seçilməsini istəyir.

Qordon Braunun partiyası son seçkilərdə Konservatorlardan geri qalıb. Ancaq heç bir siyasi partiya təkbaşına hakimiyyəti formalaşdırmaq yetərli mandate əldə etməyiblər.

Qordon Braun bildirib ki, bu fakt heç bir liderin seçicilər tərəfindən yetərincə dəstəklənmədiyini göstərir, və bu durumdan da özü üçün nəticə çıxarıb.

İstefa qərarıyla yanaşı Braun deyib ki, əgər koalisiya yaratmaq üçün ehtiyac yaranarsa, o Leyboristlərlə Liberal-Demokratlar və başqaları arasında danışıqlar aparmağa hazırdır.