Əfqanıstan prezidenti Amerikadadır

Əfqanıstan prezidenti Həmid Kərzai ABŞ-da dörd günlük səfərdədir. Səfərin ilk günü o, dövlət katibi Hillari Klintonla nahar süfrəsi arxasında görüşüb. Prezident Barak Obama ilə görüş sabaha planlaşdırılıb.

Görüşdə Talibana qarşı hərbi əməliyyatlar zamanı mülki şəxslərin də xəsarət alması ilə bağlı Kabilin narahatlığı, Vaşinqtonun Əfqanıstandakı korrupsiya və zəif idarəçiliklə bağlı narazılığı diqqət mərkəzində olacaq.