Əfqanıstanla ABŞ məsləhətləşmələrə başladı

Vaşinqtonda ABŞ-la Əfqanıstan arasında yüksək səviyyəli məsələhətləşmələr başlayıb. Ilk danışıqlarda ABŞ Dövlət Katibi Hillari Klinton və Əfqanıstan prezidenti Həmid Kərzai də iştirak edirlər.

Klinton bildirib ki, ABŞ-ın Əfqanıstanda uzunmüddətli öhdəlikləri var və tərəflər narazılıqlarını münasibətləri kəsmədən də yoluna qoya bilərlər.

ABŞ əsasən Əfqanıstandakı korrupsiya və zəif idarəçilik üzündən yaraqlılarla mübarizənin təsirlərinin azalmasından narahatdır. Kərzai isə xazrici dövlətlərin ölkənin suverenliynə müdaxilə cəhdlərində ittiham eləmişdi.

ABŞ Prezidenti Barak Obama Kərzai ilə mayın 12-də görüşəcək.