İran həbs elədiyi amerikalıların analarına viza verdi

İran iyul ayında həbs edilən 3 amerikalının analarına ölkəyə gəlmək və övladlarıyla görüşmək üçün viza verib. İranın Xarici İşlər Naziri Mənuçöhr Möttəki deyib ki, humanism prinsiplərini nəzərə alaraq belə addım atıblar.

İraqla sərhddə həbs 3 amerikalı qanunsuz sərhədi keçməkdə, casusluqda və ABŞ kəşfiyyatıyla əlaqədə ittiham edilirlər. həbs edilənlər məhkəmə qarşısına çıxarılacaq.