ABŞ «Taliban»ı terror təşkilatları siyahısına daxil edəcək

ABŞ Dövlət Departamenti «Talibanı» terror təşkilatları siyahısına daxil etməyi düşünür.

Departamentin sözçüsü Filip Krouli bildirib ki, Pakistanın «Tehrik-Taliban» qruplaşmasının bu siyahıya salınması qruplaşmanın ötən ilin mayında Nyu-Yorkun Tayms meydanında uğursuz partlayış cəhdindən sonra sürətlənib.

ABŞ rəsmiləri terrora cəhd edən Pakistandan olan Faisal Şahzadı «Taliban»la əlaqəli olmaqda şübhəli bilib.

«Taliban»ın terror təşkilatları siyahısına daxil edilməsi onlara qarşı səyahət qadağası, hesabların dondurulması və bir sıra sanksiyaların tətbiqini nəzərdə tutur.

Hazırda ABŞ Dövlət Departamentinin siyahısında 45 terror təşkilarının, o cümlədən «Əl-Qaidə» və «Həmas» qruplaşmasının adı var.