Mayın 13-də Azərbaycanla Türkiyə arasında qaz sazişi imzalanacaq.
Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib.
Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinin məlumatında bildirilir ki, paket halında olacaq saziş qaz sahəsi ilə bağlı geniş əməkdaşlığı nəzərdə tutur.
Məlumata görə Türkiyə tərəfi ilə Avropaya enerjidaşıyıcıların icrasının genişləndirilməsi məsələləri də müzakirə olunacaq.