Ayətullah Azərbaycanda məscidlərin sökülməsini pisləyir

Ayətullah Şirazi Azərbaycanda məscidlərin sökülməsini pisləyib, hökuməti xəbərdarlıq edib ki, məscidlərin dağıdılması davam edərsə, müqavimət fətvası verəcək və bu yolda həlak olanları şəhid elan edəcək.

Bu barədə «Tehran Times» agentliyi xəbər yayıb.

Ayətullah Məkarem Şirazi məscidlərin dağıdılmasının dayandırılması ilə bağlı Azərbaycan hökumətinə rəsmi müraciət etdiklərini bildirib:

«Azərbaycan bilməlidir ki, Şiə müsəlmanları «mərceyi təqlidilərə» (digər şiələrə yol göstərmək haqqı qazanan Ayətullahlara) itaət edir və onların qərarlarına uyğun hərəkət edir».

Bu yaxınlarda Ali Məhkəmə «Fatimeyi-Zəhra» məscidinin sökülməsi barədə Apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Buna qədər bir neçə məscidin sökülməsi dindarların etirazı ilə qarşılanıb.