Daşqından 37 adam xilas edilib.

Daşqın nəticəsində su basmış ərazilərdən köməksiz qalmış 37 adam çıxarılıb.

Onlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin internet saytında bildirilir.