Ölkənin baş teatrı sayılan Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov və baş rejissoru Mərahim Fərzəlibəyov mayın 13-ü vəzifələrindən azad ediliblər.
Teatrın rejissoru Əskər Əskərovun «Can Bakı» proqramına bildirdiyinə görə, hər iki şəxs öz ərizəsi ilə vəzifələrindən getməyə qərar veriblər.
Səbəb onların özlərini təzə təmir olunmuş binada yeni teatr islahatlarına hazır görməməsidir.
Maqbet Bünyadovun bundan sonra Mədəniyyət və Turizm Nazirliyi sistemində işinə davam edəcəyini söyləyən Əskər Əskərov teatra yeni direktorun təyin olunduğunu da dedi.
Onun bildirdiyinə görə, R.Mustafayev adına İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov bu gündən Milli Teatrın direktoru olacaq.
Baş rejissor vəzifəsinə isə heç kəsin namizədliyi hallanmır.
İsrafil İsrafilov əvvəllər Tədris Teatrında direktor, indi direktor işləyəcəyi teatrda isə truppa müdiri çalışıb.
Adının çəkilməsini istəməyən mənbə «Can Bakı»nın «Doğrudanmı səbəbi işdən çıxarılanların teatr islahatlarına hazır olmamasıdır» sualına münasibətini belə bildirib:
«Şəxsən mən Azərbaycanda bu islahatları - Yeni Teatr Qanununda təsbit olunmuş reformları həyata keçirəcək adam tanımıram. Nəzərdə tutulan islahatlar yarıçarədir».