Sarkozi İranda həbs edilmiş fransız müəlliməsini qəbul edib

Fransanın prezidenti Nikolas Sarkozi mayın 16-da Braziliyanın, Seneqalın və Suriyanın rəhbərlərinə təşəkkür edib. Sarkozi onları gənc fransız müəlliməsinin azadlığa çıxması üçün aktiv rol oynamağa çağırmışdı.

24 yaşlı fransız müəlliməsi Klodilt Reysin ötən il mübahisəli prezident seçkilərindən sonra İranda keçirilmiş etiraz nümayişləri zamanı həbs olunub.

Sarkozi bu gün şəxsən onu qəbul edib.

Klodit ötən hənbə günü 285 min dollar cərimə müqabilində azadlığa buraxılıb.

Reysin həbsi Fransa və İran arasında gərginlik yaratmışdı.