Bakı-London aviareysi təxirə salınıb

Bakı-London marşrutu üzrə uçuşlar həyata keçirən Böyük Britaniyanın «BMİ» şirkətinin mayın 17-si saat 12:55 olan reysi təxirə salınıb.

Bu barədə AzalıqRadiosuna «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə aviareysin təxirə salınması İslandiyada vulkanın təkrar püskürməsi nəticəsində yaranan kül dumanıdır.

«Bakı-London aviareysi bu gün saat 15:00-a qədər təxirə salınıb».

Məhərrəm Səfərlinin dediyinə əsasən, Azərbaycandan Avropaya olan bütün aviareyslər qrafik üzrə davam edir və hələki hər hansı problem yoxdur.

Həftədə üç dəfə Bakı-London marşrutu üzrə «Azərbaycan Hava Yolları» uçuşlar həyata keçirir.