Aprelin 20-də Meksika körfəzində neft platformasında qəzadan sonra suya axan neftin ətraf mühitə vurduğu ziyan artıq «fəlakət» sözü ilə ifadə edilir. ABŞ sahillərinə çatan neftin vurduğu ziyan milyardlarla dollarla hesablanır.
Bu hadisədən sonra Azərbaycanda da ekoloqlar Xəzər neftinin hasilatı sahəsində mümkün qəzalardan narahat olduqlarını deyirlər. Yaşıllar Partiyasının həmsədri Mais Güləliyev bildirir ki, Xəzər seysmik cəhətdən fəal zonada olduğundan «Azəri-Çıraq-Günəşli» yatağından sahilə çəkilən borularda hər zaman sızma ola bilər:
XƏZƏRDƏ BELƏ BİR ŞEY BAŞ VERSƏ…
- Təminat yoxdur ki, nə Xəzərdə nə də BTC-də belə hadisə olmayacaq. Meksika onu göstərdi ki, bu, dünyanın istənilən ölkəsində mümkündür. ABŞ kimi inkişaf etmiş bir ölkə bu qəzanın qarşısında aciz qalıbsa, görün, Allah eləməsin, Xəzərdə belə bir şey baş versə, onun ətraf mühitə təsiri nə olardı?!
Mais Güləliyev hesab edir ki, xarici şirkətlər Xəzərdəki yataqlardan həddən artıq çox neft çıxarır. Və bu neft böyük təzyiqlə borulara vurularaq ixrac edilir. Onun fikrincə, bu amil də qəza riskini artırır:
BORU KƏMƏRİ İSTƏNİLƏN VAXT ÇAT VERƏ BİLƏR
- Çünki hazırda «Azəri-Çıraq-Günəşli» yatağından Xəzərin dibi ilə Səngəçal terminalına gələn boru kəməri istənilən vaxt çat verə bilər. BTC-nin özündə də çatlar mümkündür. Çünki texniki imkanlar o qədər deyil ki, bu qədər seysmik dəyişikliyə tab gətirsin. Biz məlumat almağa, monitorinqlər aparmağa çalışmışıq. Amma nə BP, nə də onun digər şərikləri buna cavab vermirlər. Bizi monitorinqə də qoymurlar.
ABŞ prezidenti Barak Obama Meksika qəzasına görə həmin Körfəzdə neft çıxaran BP şirkətinin məsuliyyət daşıdığını bildirib. BP şirkəti Xəzərdə də Azərbaycanın ən böyük neft-qaz layihələrinin operatorudur.
«BP-Azərbaycan» şirkətinin ictimaiyyətlə əlaqələr üzə meneceri Tamam Bayatlı Xəzərdə neft hasilatında qəza riskləri ilə bağlı suala cavabında bildirdi ki, onlar texnologiyanın ən son nailiyyətlərini tətbiq ediblər:
HEÇ NƏYİ ƏSİRGƏMƏYƏCƏYİK
- Əsas vəzifəmiz də elə budur. Ona görə də sizi əmin edirik ki, gələcəkdə də Xəzərdəki əməliyyatlarımızın texniki cəhətdən tam təhlükəsiz olmasını təmin etmək üçün əlimizdən gələni bundan sonra da edəcəyik. Bu sahədə lazım olan tədbirlərin həyata keçirilməsi üçün biz heç nəyi əsirgəməyəcəyik.
O ki qaldı, Meksika körfəzinə, Tamam Bayatlı bildirir ki, hələlik orada baş vermiş qəzanın əsl səbəbləri aydın deyil. Hazırda həm ABŞ hökumətinin, həm də BP-nin bütün imkanları neft axıntısının kəsilməsinə, onun ətraf mühitə vurduğu ziyanın aradan qaldırılmasına yönəlib:
NƏ TÖVSİYƏ OLUNARSA, O TÖVSİYƏLƏR HƏYATA KEÇİRİLƏCƏK
- Amma sözsüz ki, hadisənin səbəbi ciddi şəkildə araşdırılacaq, onun nəticələri açıqlanacaq. O nəticələr nəyi göstərəcəksə, yalnız o zaman demək olar ki, təkcə şirkət olaraq, BP yox, bütün neft və qaz sənayesi o hadisədən nəsə öyrənməlidirsə, onu öyrənəcək. Nə tövsiyə olunarsa, o tövsiyələr həyata keçiriləcək. Həm də təkcə BP tərəfindən yox, bu, bütün neft-qaz sənayesinə aid olan məsələ olacaq. Hal-hazırda bu qəzanın səbəbi məlum olmadığından biz bir şey deyə bilmərik.
BP şirkətində Xəzərdə hasilat işlərinə və neftin ixracına ictimaiyyətin nəzarətin olmaması barədə ittihamları da qəbul etmirlər.
Şirkətdən bildirirlər ki, Xəzərdəki neft hasilatı üçün platformalarının, eləcə də BTC neft kəmərinin tikintisindən xeyli əvvəl onun ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair xüsusi hesabat hazırlanıb. Həmin hesabata bütün maraqlı tərəflərin, o cümlədən də ictimai təşkilatların müzakirəsi və razılığı alındıqdan sonra əməliyyata başlanır.