YAP ATƏT-ə etirazını bildirib

Yeni Azərbaycan Partiyasi ATƏT-in Minsk qrupunun həmsədrlərinə məktub göndərərək Dagliq Qarabagda keçiriləcək parlament seçkilərinə etiraz bildirib.

Məktubda deyilir ki, isgal altında olan və heç kim tərəfindən taninmayan separatçi qurumun seçki keçirməsi beynəlxalq normalara tam ziddir.

Qondarma Dagliq Qarabag rejimi mayın 23-də parlament seçkiləri keçirməyi planlasdirir.