Qırğızıstan yeni konstitusiya layihəsini açıqlayacaq

Qırğızıstanın cənubunda 2 nəfərin ölümünə səbəb olmuş iğtişaşlardan sonra, ATƏT bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb. Ölkənin müvəqqəti hökuməti Cələlabad şəhərində fövqəladə vəziyyət elan edib. Şəhərdə axşam 8-dən səhər 6-dək komendant saatı tətbiq olunub.

Bu arada, ölkənin yeni konstitusiya layihəsinin bu gün ictimaiyyətə açıqlanacağı gözlənilir. Yeni konstitusiyanın qəbulu üçün referendum iyunun 27-ə təyin olunub.