Almaniya öz yardım payını təsdiqləyir

Almaniya parlamentinin aşağı palatası avro pul vahidi işlədən ölkələrin zonasında maliyyə sabitliyi üçün büdcəni təsdi edib. İki həftə əvvəl avro işlədən ölkələr və Beynəlxalq Valyuta Fondu maliyyə sabitliyi üçün 750 milyard avro (bir trilyon dollara yaxın) büdcə təsdiq ediblər. İndi deputatlar həmin büdcədə Almaniyanın payına düşən 150 milyard avro büdcəni təsdiq ediblər.

Günün sonunda parlamentin yuxarı palatasının da sənədi təsdiqləyəcəyi gözlənir.

İki həftə əvvəl Almaniya Yunanıstan üçün də 22 milyard avroluq maliyyə yardımı layihəsini təsdiq edib.

Almaniya kansleri Angela Merkel xəbərdarlıq edib ki, əgər avro iflasa uğrasa, Avropa iflas edəcək.

Avronu xilas üçün büdcə ayrılması planları Almaniyada olduqca qeyri-populyardır, amma Merkelin sağ-mərkəzçi partiyası parlamentin hər iki palatasında çoxluğa sahibdir.