Dəmiryol qəzasında azı 10 adam ölüb

Çində sərnişin qatarının qəzaya düşməsi nəticəsində azı 10 adam ölüb.

Lokomotiv və 9 vaqon uçqun nəticəsində xətdən çıxaraq aşıb.

Uçquna səbəb isə aramsız yağış olub.

Qatar Şanxaydan Quylin şəhərinə gedirmiş.